Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nazirlik pensiyalarla bağlı məlumat yaydı

Nazirlik pensiyalarla bağlı məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

Nazirlikdən Lunar.az -a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.


Oxu24.com








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ