Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rusiyada “TikTok” çəkmək istəyən qız liftin şaxtasına yıxıldı - VİDEO

Rusiyada “TikTok” çəkmək istəyən qız liftin şaxtasına yıxıldı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində gənc qız ticarət mərkəzlərinin birində liftin şaxtasına düşüb, gecəni orada keçirib, tapıldıqdan sonra isə reanimasiyaya yerləşdirilib.

İlkin ehtimallara görə, zərərçəkən "TikTok” üçün video çəkirmiş.

Bu vaxt lift qırılıb və birinci və ikinci mərtəbəsinin arasında qalıb. Gənc qız özbaşına çıxmaq istəyəndə isə şaxtaya yıxılıb.

O, ancaq səhərə yaxın tapılıb. Mühafizəçilər liftin şaxtasından səs eşidiblər. 24 yaşlı Polina kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, ona həm də omba sınığı diaqnozu qoyulub.

Əslində qızın başına nələrin gəldiyi hələ tam məlum deyil. O, özünə gəlməyib.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ