ABŞ konstitusiyasının orijinal nüsxəsi hərraca çıxarılıb.
Lunar.az xarici mediaya istinadən xəbər verir ki, "Sotheby's" hərrac evi tərəfindən keçirilən açıq artırmada sənəd 43,2 milyon dollar qarşılığında alıcıya təqdim edilib.
Ödənişin tarixi bir sənəd üçün verilən rekord məbləğ olduğu bildirilib.
Əlyazmalar və qədim əşyalar üzrə mütəxəssis Selbi Kiffer bu sənədin imzalanma ərəfəsində çap edilən 500 ədəd nüsxənin bir hissəsi olduğunu açıqlayıb.
Qeyd edək ki, sözügedən nüsxənin sonuncu sahibi olan Qolman ailəsi 1988-ci ildə sənədi almaq üçün 165 min dollar ödəyib. Bildirilib ki, sənədi satışa çıxaran Qolman əldə etdiyi bütün vəsaiti öz adını daşıyan fonda bağışlayacaq.