Lunar.az rus mediasına istinadən xəbər verir ki, ifaçı ilə bağlı oğurluq iddiası nə pulla, nə də hər hansı mahnını öz adına çıxartması ilə bağlıdır. Hadisə Denisin klip çəkilişləri zamanı baş verib.
Çəkilişlərin getdiyi İnstrinski rayonunda maraqlı olay yaşanıb. Nəhəng bir sahənin ortasında, biçilmiş otların arasında çəkiliş qrupu işinə başlayıb. Onların bir cip və avtobusla ərazidə olması şübhə doğurub. 5 nəfər onlara yaxınlaşaraq burada nə etdiklərini soruşublar. Həmin şəxslər kameraları belə ciddiyə almayaraq bir neçə gün onları müşahidə ediblər.
Şəxslərin Denisin ərazidəki kənd təsərrüfatı məhsullarını oğurlamasından narahat olduqları ortaya çıxıb. Lakin ifaçının ərazi və məhsul ilə maraqlanmadığına əmin olduqdan sonra onları rahat buraxıblar.