Bakıda yeniyetmə qızın əməli eşidənləri dəhşətə gətirir.
Milli.Az xəbər verir ki, videoda görünən bu qız şəhərin müxtəlif yerindən taksilərə yaxınlaşır və sürücüyə onu dediyi ünvana çatdırmasını istəyir.
O, taksi sürücüsünə 2-3 ünvana gedəcəyini deyir, sonra maşını 9-cu mkr-da "Tərlan" şadlıq sarayının yaxınlığında yereləşən "Favorit" yaşayış kompleksinin dayanacağına sürdürür və gözləməsini istəyir.
Sürücünün pulunu ödəməmiş deyir ki, "məndə pul kartdadır" və bu kimi müxtəlif bəhanələrlə taksilərdən 20-30 manat alıb evə verib, gələcəyini bildirir.
Beləcə, "qaraj"dan liftə daxil olur, bir müddət liftlə aşağı-yuxarı qalxıb, düşür və vaxt qazanır, sonra da binanın qabaq çıxışından çıxıb gedir.
Bu kadrlar binanın təhlükəsizlik kameralarına əks olunub. Həmin ərazidəkilərin dediklərinə görə, bu qız həftədə 5-6 dəfə fərqli taksi sürücüsü ilə bu əraziyə gəlir.