Reper Ciqan və xanımı Oksana Samoylova dostları və övladları ilə Maldivə istirahətə yollanıb.
Lunar.az xarici KİV-ə istinadən xəbər verir ki, Oksana gəzintidən görüntüləri instaqram izləyiciləri ilə bölüşüb. O bildirib ki, ailəsi ilə birlikdə yaxta gəzintisinə çıxıblar. Amma bu gəzintidə ölümlə üz-üzə qalıblar.
"Bura gələndən 6-12 saat tufanla üzləşdik. Qayıqla okeanda gedirdik, qəfildən qasırğa oldu. Az qalsın öləcəkdik" deyə, Oksana bölüşüb.
Oksana bildirib ki, havaların pis olması, hər an qasırğanın başalaması onlara çətin anlar yaşadıb. "Amma çox maraqlıdır. Hamı oteldə yerdə yatır. Özüdə bir otaqda qalırıq. Bu səyahətdən ən çox uşaqlar əylənir" deyə, o, əlavə edib.