Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dollar 1.28 manat olacaq?

Dollar 1.28 manat olacaq?

Dollar 1.28 manat olacaq?


"Sosial şəbəkələrdə guya Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub saxtadır". Bu barədə ANS PRESS-ə AMB-dən məlumat verilib.

Məlumata görə, ötən gün sosial şəbəkələrdə martın 18-dən üzən məzənnə rejiminin ləğv ediləcəyi, dolların məzənnəsinin isə 1,2833 manat təyin ediləcəyi barədə Mərkəzi Bankın adından hazırlandığı iddia edilən məktub yayılıb. Guya məktub qeyd edilən tarixdə kommersiya banklarına ünvanlanacaq.

"Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".


Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə ilə atılıb.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankdan ANS PRESS-ə verilən məlumata görə, rəsmi məzənnə martın 11-nə 1,6456 səviyyəsində müəyyən olunub. Ötən gün isə bu rəqəm 1,6315 manata bərabər olub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ