Rusiyanın Çelyabinsk şəhərində 12 yaşlı qız atalığını öldürüb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə vilayətin ombudsmanı İrina Butorina bildirib.
Lunar.az lent.az-a istinadən xəbər verir ki, Butorina qeyd edib ki, məktəbli qızın hadisəni hansı səbəbdən törətdiyi bəlli deyil. "Hazırda onunla psixoloqlar məşğul olur". Xanım ombudsman başqa şərh verməyib, hadisəni hüquq mühafizə orqanlarının araşdırdığını qeyd edib.