Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Su hövzələrində balıq ehtiyatı çox ciddi şəkildə azalıb

Su hövzələrində balıq ehtiyatı çox ciddi şəkildə azalıb - Əfqan Əliyev

Balıqların təbii su hövzələrində azalması təbii amillərlə yox, insan faktoru ilə bağlıdır.

Lunar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib.

O bildirib ki, qanunsuz balıq ovuna qarşı mübarizə genişləndirilib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qərara gəlmişik ki, qanunsuz balıq ovuna qarşı birlikdə mübarizə aparaq. Bizim 30 minə yaxın üzvümüz var. Çalışırıq ki, Bakıda və regionlarda nazirliyin işçilərinə bacardığımız qədər kömək edək.

Son vaxtlar aparılan araşdırmalara görə, su hövzələrində balıq ehtiyatı çox ciddi şəkildə azalıb. Su hövzələrində balıqların azalması təbii amillərlə yox, insan faktoru ilə bağlıdır. Balıqları əsasən xaricdən gələn sintetik torlarla məhv edirlər. Bu sintetik torlar 70 ilə yaxın çürümür. Bu torları istifadə edib, sonradan dənizə atırlar. İri və kürü verən balıqlar dənizin dibində olur. Belə torlar həmin balıqları məhv edir. Bu torlar qanunla qadağandır. Buna baxmayaraq, həmin torlardan gizli istifadə olunur. Bizim əsas mübarizə apardığımız sahələrdən biri də belə balıqçılardır. Təkcə bu il 150 min metr belə tor təmizləmişik. Yuxarı Şirvan kanalı balıqların əsas kürü verdiyi yerdir. Bu il biz oranı nəzarətə götürmüşük. Keçən illərlə müqayisədə bu il kanalda balıq artıb".

Ə.Əliyev qeyd edib ki, bundan sonra da qanunsuz balıq ovuna qarşı mübarizələri davam edəcək.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ