Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lunar.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Kəlbəcər rayon sakini 27 yaşlı Xıdırov Elçin Bayram oğlu "VİTO Mercedes" markalı avtomaşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayon Kəndoba kənd sakini 53 yaşlı İbadov Səfa Balakişi oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.



Loading...




loading...

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
loading...
  • ÇOK OXUNAN
  • YENİ