Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bülənt Ərsoyun işçiləri həbs olundu

Bülənt Ərsoyun işçiləri həbs olundu

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun Şimali Kiprdə gerçəkləşən konsertində onu müşayiət etməli olan komandanın PCR testi saxta çıxdıqdan sonra saxlanılıb.

Lunar.az Axşam.az-a istinadən xəbər verir ki, həmin şəxslər barəsində həbs qərarı çıxarılıb. Mövzu ilə bağlı açıqlama yayan ifaçı komandası üçün əlindən gələni edəcəyini vurğulayıb:

"Ədalət hər kəs üçündür, hər kəsdən üstündür. Hər kəs ədalət qarşısında bərabərdir. O zaman Kiprə gedən 21 musiqiçi dostuma təhvil verilən saxta PCR test nəticələrini hazırlayan həkimlər, tibb bacıları və o sənədləri tanıyanların günahı yoxdur? Onlar əl-qolunu sallaya-sallaya dolaşır, sərbəstdirlər. Amma qazanc üçün mübarizə aparan əziz dostlarım, övladlarım həbs olunub.

Türkiyənin ən yaxşı hüquqşünaslarını bu işə cəlb etdim. Bu işdə adı keçən otelin baş müdiri Süleyman bəyin, xəstəxananın və baş həkimin də mühakimə olunması üçün lazım olan hüquqi mübarizəni bütün sərvətim hesabına aparacam".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ