TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verdi. "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.
İsatər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm" - deyə R.Bayramlı qeyd edib.