Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanın Covid pasportları xaricdə tanınmır? - Açıqlama

Azərbaycanın Covid pasportları xaricdə tanınmır? - Açıqlama

Sosial şəbəkələrdə xaricə səfər edən “Pfizer” vaksini vurulmuş Azərbaycan vətəndaşlarının vaksin pasportunun tanınmaması ilə bağlı məlumatlar yayılıb. Buna səbəb isə pasportda “Pfizer” peyvəndinin hər iki dozasında eyni kodun yazılmasıdır. Bildirilir ki, əslində bu kodlar fərqli olmalıdır, əks halda bu bir doza vaksin olunmuş sayılır.

Lunar.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər:

“Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ