Bankın qarşısındakı elan müzakirələrə səbəb oldu - Foto
Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, elanda “COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq” sözləri qeyd olunub.
Məsələ ilə bağlı “Qafqazinfo” ABB-yə sorğu ünvanlayıb.
Bankdan sorğuya cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:
“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.