Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabunçuda qanunsuz fəaliyyət göstərən un məmulatları müəssisəsi aşkarlanıb

Sabunçuda qanunsuz fəaliyyət göstərən un məmulatları müəssisəsi aşkarlanıb



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan APA-ya bildirilib ki, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəs., Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.














İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ