Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nazirlik bu qrupları izləməyə alıb

Nazirlik bu qrupları izləməyə alıb

Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi gəncləri təsiri altına alan koreyalı "K-Pop" qruplarına daxil olan qrupları nəzarətə alıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda 3 qız Cənub Koreyaya getmək və qrupu görmək üçün evdən qaçıb. Bu da qrupla bağlı nəzarətləri gücləndirib.

Musiqi qrupunun uşaq və gənclərin tərbiyəsinə mənfi təsir etdiyi bildirilib. Nazirlik bu qrupların müsəlman adət-ənənəsinə zidd olduğunu açıqlayıb. Koreyalı qrupların dünyada artan fanat sayının heç də müsbət olmadığı vurğulanıb.

"K-pop" qrupunun tərkibinə "BTS", "EXO", "Blackpink", "Big Bang", "GOT7", "RedVelvet", "TXT" daxildir. Qrupların bütün dünyada milyondan çox heyranı var. Təkcə elə "BTS"in 20 milyon fanatı mövcuddur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ