Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
TƏBİB villa ilə bağlı məlumatlara cavab verdi

TƏBİB villa ilə bağlı məlumatlara cavab verdi

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsilə bağlı məlumatlar yayılıb.


İddia olunur ki, TƏBİB rəhbəri torpağın sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot ərazi alıb. TƏBİB rəhbərinin tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığı qeyd olunur.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ötən gün TƏBİB yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilir:

“Son günlər bəzi saytlarda və sosial şəbəkələrdə TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir. Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ