Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
3-cü doza vaksinin vurulmasına niyə ehtiyac var? - AÇIQLAMA

3-cü doza vaksinin vurulmasına niyə ehtiyac var? - AÇIQLAMA

Ölkəmizdə 2 doza vaksinin vurulması davam edir. Bəzi ölkələrdə isə 2 doza vaksindən sonra 3-cü doza vaksinin vurulması qərarı verilib. Bəs niyə 3-cü doza vaksin vurulmalıdır və buna ehtiyac varmı?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, 2-ci doza vaksindən 3 ay sonra, yaranan immunitetin zəiflədiyi müşahidə edilir:

"Bəzi araşdırmalar göstərir ki, 2-ci doza vaksindən 3 ay sonra vaksinlərin yaratdığı immunitet azalır. Bu təbiidir, ona görə də "booster" dozanın məqsədi zəifləyən immuniteti qaytarmaqdır.

Bəzi hallarda, az da olsa, insanların orqanizmində müxtəlif individual səbəblərdən 2-ci doza vaksin yetərli dərəcədə immunitet yaratmaya bilər. Həmin şəxslər xəstəliyə yoluxarsa, letallıq (ölüm) riski, vaksinin hesabına az da olsa, müəyyən simptomlarla özünü göstərir. Bu halda 3-cü "booster" dozanın, effekt artırıcı doza olaraq, vurulması faydalıdır.

Burada digər bir məqam isə yeni variantlara qarşı vaksinlərin effektinin zəifləməsidir. Artıq sübut olunub ki, "delta" ştammından müdafiə effekti, vaksinlərdən öncəki variantlara nisbətən, az miqdarda zəifləyib. Bu fərqi qapatmaq üçün müxtəlif ölkələrdə 3-cü doza vaksinasiyanın tətbiqi başlanmaq üzrədir".


Lunar.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ