Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Satıcı mağazada yanaraq öldü - Zaqatalada faciə

Satıcı mağazada yanaraq öldü - Zaqatalada faciə

Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.

Lunar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.

Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ