Ac ayı kəndə hücum etdi, bir buzovu parçaladı, digərini qaçırdı.
Lunar.az xəbər verir ki, hadisə Posof mahalının Kaleönü kəndində baş verib.
Süleyman Öner adlı kənd sakini yeni doğulmuş buzovları digər iribuynuzlu heyvanlardan ayıraraq tövləyə qoyub. Gecə yarısı ac qalan ayı kəndə enərək tövləyə girib və buzovlara hücum edib.
Buzovlardan birini yeyən ayı digərini aparıb.
S. Öner səhər tövləyə girərkən qapının önündə parçalanmış buzovu görəndə təəccüblənib./AZXEBER.COM