Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Naməlum şəxslər kəndlərə hücum etdi: 51 ÖLÜ

Naməlum şəxslər kəndlərə hücum etdi: 51 ÖLÜ

Malinin Nigeriya sərhədində yerləşən Ouatagouna, Karou və Deouteguef kəndlərinə naməlum şəxslər hücum edib.

Lunar.az xəbər verir ki, hücum nəticəsində 51 nəfər öldürülüb. Basqın edilən kəndlərdə evlərin yandırıldığı və heyvanların oğurlandığı bildirilib.

Hadisə ilə bağlı Mali ordusunun sözçüsü polkovnik Souleymane Dembele, hücumları təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməsə də, bölgədə DAESH və Əl-Qaidə terror təşkilatı ilə əlaqəli yaraqlıların olduğu bilinir.

Unikal.org








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ