Gələcəkdə yunan əlifbasının hərflərinin hamısından istifadə olunandan sonra koronavirusun yeni variantlarına bürclərin adları qoyulacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Maria Van Kerxove deyib.
O, İngiltərə mətbuatına verdiyi müsahibədə "yəqin ki, yunan əlifbası ilə kifayətlənməyəcəyik, ancaq növbəti variantlara baxırıq", - deyə qeyd edib.
ÜST nümayəndəsi yunan əlifbasının 24 hərfinin kifayət etməməsi halında, qədim yunan tanrılarının adları olan variantın da nəzərdən keçirildiyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatına görə, yunan hərflərinin istifadəsi COVID-19 variantının ilk aşkarlandığı ölkələrə və ərazilərə görə ayrı-seçkiliyə səbəb ola biləcək halların qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, ÜST may ayının sonundan etibarən virusun yeni ştamlarının adlandırılmasında yunan hərflərindən istifadə edir.(publika.az)