Oğlunun "WhatsApp" statusuna görə öldürüldü - VİDEO - FOTO
Bursada 46 yaşlı Yasin Dere iş yerində silahlı qarşıdurma zamanı odlu silah ilə öldürülüb. Qətli törətdiyi iddia edilən 3 nəfər saxlanılıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, şübhəlilərin ifadələri hadisənin səbəbini ortaya qoyub. Belə ki, öldürülən şəxsin oğlunun "WhatsApp" statusunda paylaşdığı foto mübahisə yaradıb. Sonradan da mübahisə qanlı sonluqla bitib. Hadisəni törədən Burak Y. (27), Semih Y. (25) və Savaş H. (26) tutulub.
Öldürülən şəxsə oğlunun fırıldaqçı olduğunu deyəndə ata "içki stolu arxasında məsələni həll edə bilərik" deyib. "Sonra məni iş yerinə dəvət etdi. Mən gedəndə ov tüfəngiylə bizə atəş açdı. Biz də silahı çıxarıb vurduq" deyə qatil ifadəsində bildirib.