Antalyanın Manavqat bölgəsində baş verən meşə yanğınları nəticəsində türkiyəli müğənni-model Tuğba Özayın da kənd evi yanıb.
Lunar.az xəbər verir ki, model İnstaqram hesabında video paylaşaraq göz yaşlarına hakim ola bilməyib.
"Yanırıq, təsərrüfatımız yanır, hər şey yanır. Zəhmət olmasa, səsimizi eşidin. Bütün dövlət məmurlarına səslənirəm. Kənd evimiz, kəndimiz yanır. Heç bir yerim tutmur. Daha çox təyyarə lazımdır. Bütün səlahiyyətli şəxslər, zəhmət olmasa, bura gəlin" deyə, səslənən Tuğba yanğının söndürülməsi üçün yardım istəyib.