Bu başlıq altında tirajlanan xəbərlər, demək olar ki, hər gün qarşımıza çıxır. Halbuki Operativ Qərargah toy şənliklərinin keçirilməsi ilə bağlı qaydaları müəyyənləşdirərkən, polis əməkdaşlarının toyun gedişinə müdaxilə etməyəcəyi bildirilmişdi. Bəs necə oldu ki, polis əməkdaşları restoranların girişində yoxlamalara başladı?
Daxili İşlər Nazirliyinin şöbə müdiri Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu, zərurətdən irəli gəlib. Ümumi monitorinqlər göstərib ki, müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar yaradılan şəraitdən sui-istifadə edir.
Şöbə müdiri toya gələn qonağa yazılan cəriməni kimin ödəməli olduğuna da aydınlıq gətirib.
Xatıladaq ki, qaydaları pozan fiziki şəxsləri 200 manatdan 400 manatadək, hüquqi şəxsləri isə 5 min manatdan 11 min manatadək cərimə gözləyir.