Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?
Prezidentin köməkçisi Şahmar Mövsümov səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Lunar.az xəbər verir ki, Ş.Mövsümov bildirib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur:
“Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.