Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.
Lunar.az xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib.
"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.
Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.
1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.
2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.
Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.