Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Deputatlar Təhsil Nazirliyinin təşəbbüsünü alqışladılar - Tələbələrə yeni İMKAN

Deputatlar Təhsil Nazirliyinin təşəbbüsünü alqışladılar - Tələbələrə yeni İMKAN

Deputatlar Təhsil Nazirliyinin təşəbbüsünü alqışladılar - Tələbələrə yeni İMKAN




Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək.


Təhsil Nazirliyinin təşəbbüsü ilə təsis edilən Maarifçi Tələbə Kredit Fondunun (MTKF) əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

lunar.az saytı veriləcək təhsil kreditləri və yeni yaradılan fondla ilə bağlı deputat, rektor və professor münasibətlərini təqdim edir:


Deputat Zahid Oruc :

“Əslində Təhsil Nazirliyi xətti ilə həyata keçirilən çox mühüm sosial, amma daha çox elmi və gələcək təhsil mənafelərmizə uyğun olan, son dərəcə milli bir tədbirdir. Hər bir parlament üzvü bu təşəbbüsü əlbəttə ki, müdafiə edəcəkdir. Birinci o baxımdan ki, uzun müddət ərzində biz təhsil kreditləri mövzusunu hər zaman qanunverici orqanda qaldırırdıq, hökümət strukturlarından bu məsələdə dəstək istəyirdik, o biri yandan vətəndaşın təhsilə əlçatanlığı hər bir ölkənin sosial siyasətinin qiymətləndirilməsində mühüm bir parametrdir.
Dövlət Təhsil Nazirliyi adından müxtəlif universitetlər vasitəsi ilə bu işə qərar verməklə əslində o insanların gələcəyinə investisiya yönəltmiş olur və biz adətən kreditlərin yalnız tikinti, nəqliyyat və s növlərini yaşamışıq. Bu isə elmə qoyulan vəsaitlərin çox mühüm bir xəttidir. Düşünürəm ki, o insanlar gələcəkdə bunu öz bilikləri, intellektləri ilə dövlətin və ya özəl sektorun müxtəlif yükünü daşımalarıyla qaytarmış olacaqlar. Bu kredit əslində bizim hamımızın mənefələrinə xidmət etmiş olacaq. Alqışlayırıq, parlament üzvü kimi bu məsələni müdafiə edirik.

Deputat Fazil Mustafa:

“Ümumiyyətlə dövlət tərəfindən aztəminatlı ailələrə təhsil kreditlərinin verilməsi istiqamətində bu başlanğıc addım kifayət qədər uğurlu bir lahiyədən xəbər verir. Mən hesab edirəm ki, Təhsil Nazirliynin bu təşəbbüsü dəstəklənməlidir və bu daha çox növbəti illərdə artan istiqamətdə genişləndirilməlidir. Çünkü istedadlı insanlar var ki, ailə təminatı yetərli olmadığına, daha çox ailənin gəlirini öz üzərinə götürdüyünə görə təhsil alma imkanından məhrum olurlar. İstədikləri ixtisaslar üzrə, istədikləri yerlərdə təhsil alma imkanlarını gerçəkləşdirə bilmirlər.
Belə bir addım həm də həmin insanlara müəyyən dərəcədə müsbət bir stimullaşdırıcı imkan yaradır və ümid edirəm ki bu layihənin ardınca gələn illərdə insanlar, xüsusilə maddi çətinlik altında yaşayan insanlar təhsil istəklərini təxirə salmayacaqlar. Belə bir fürsətdən daha əhatəli yararlanacaqlar. Bütün hallarda məncə ictimaiyyət də bu addıma öz dəstəyini verməlidir. Çünkü kredit faizinin də aşağı olması çətinlik yaratmır. Təhsili bitirindən sonra da insanlar bunu ödəməkdə hər hansı bir problem yaşayacaqlarını düşünmürəm. Hər halda bunun da bir asanlaşdırıcı yolları gələcəkdə daha dəqiq detalları ilə müəyyənləşdirilə bilər. Bütün hallarda dəstəklənməli bir təşəbbüsdür”.

Deputat Vahid Əhmədov:

“Mən belə hesab edirəm ki, təhsil kreditləri ilə əlaqədar atılan istənilən addım müsbət atdımdır. Çünki, uzun müddətdir bu müzakirə mövzusu olub. Və bilirsiz ki, bizim təhsil haqqında, elm haqqında qanunları qəbul edəndəbu məsələlərə toxunmuşuq. İndi də elm haqqında qanun ikinci oxunuşda qəbul olunub orda da bu məsələyə toxunmuşuq.
Təhsil Nazirliyinin attdığı belə bir addımı, Maarifçi Fondunun yaradılması, təhsil kreditlərin verilməsi əlbətdə çox müsbət və mən deyərdim ki, alqışalayiq bir addımdır. Mən bunu çox yüksək qiymətləndirirəm. İstənilən tələbənin normal oxuması, təhsilini başa vurması, bilik alması üçün ona hər tərəfli yardım olunması, təhsil kreditinin verilməsi çox unikal bir addımdır.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev:

“Maarifçi Fondunun yaradılması çox vaxtında verilmiş və vacib bir layihədir. Çünki bildiyiniz kimi cəmiyyətimizdə müəyyən təbəqələr var ki, sosial vəziyyətində müəyyən problemlər, çətinliklər yaşanır. Həmin o təbəqələrə aid olan tələbələrin təhsilini başa vurması üçün bu atılan çox uğurlu bir addımdır.
Mən buna çox yüksək qiymət verirəm, çünkü bu tələbələr üçün həm maddi, həm mənəvi cəhətdən böyük bir dəstəkdir. Mən çox sevinirəm ki, bizim universitetimiz də bu təşəbbüsə qoşulub, layihədə iştirak edəcək. Hesab edirəm, bu, Təhsil Nazirliyinin apardığı yeni islahatların çox vacib və mühüm bir elementidir.

Professor Firudin Cəlilov:

Mən bu qərara çox sevindim. Əslində çoxdan gözlənilən və baş verməsi labüd olan bir proses idi. Xarici ölkələrdə də bu cür təcrübələr var. Çünki dünyanın hər yerində təhsil pulludur və imkanı zəif olanlar kredit götürür, bu imkandan yararlanırlar. Universiteti bitirdikdən sonra da az faizlə geri qaytarırlar. Mən bir misal deyim.
Bir neçə il əvvəl ABŞ-dan aspirantım gəlmişdi. O, öz təhsili ilə əlaqədar Qafqaz ölkələrini də gəzirdi. Mən soruşdum ki, bəs sən maddiyatını necə həll edəcəksən ? Dedi ki, bizdə bu cür hallarda fond köməyimizə çatır. Mən çox sevinirəm ki, bu bizim də tələbələr bu cür imkandan yararlana biləcəklər. Dövlət bu adımı ilə gənclərin yoluna işıq saçmış oldu. Cənab prezident magistratura təhsili alanlara da şərait yaradılması məqsədi ilə Milli Məclisə layihə göndərdi. Hesab edirəm ki, bütün bunlar təhsilin inkişafına böyük töhfə vermiş olacaq. Bu fond imkanı zəif olan və oxumaq arzusunda olan gənclərə yol açacaq. Bu qərarı alqışlayıram”.










Nur
Nur от 7 iyun 2016 19:13
Bilmiler e camaati neter soysunlar
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ