Yeni Zelandiyalı qarışıq üslub (MMA) döyüşçüsü Fau Veyk davaya müdaxilə etdikdən sonra döyülüb.
Lunar.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, hazırda 25 yaşlı idmançı ağır vəziyyətdədir.
Polis onun döyülməsi faktını Veykin guya ölümü barədə KİV-də məlumatlar yayıldıqdan sonra təsdiq edib. Məlumatda qeyd olunur ki, həmin davada iştirakına görə 29-32 yaşlarında 4 nəfər saxlanılıb.
Digər MMA döyüşçüsü, UFC mütləq döyüşçü çempionatında çıxışları ilə məşhur olan İsrael Adesanya həmkarı Veykə dəstək olduğunu bəyan edib. Döyülmüş idmançını onun fanatları və qohumları ziyarət edirlər.