Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
Lunar.az apasport.az-a istinadən bildirir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.
52 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib. Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.