"Milan"ın texniki direktoru Paolo Maldini klubun isveçli hücumçu Zlatan İbrahimoviçlə yeni bir müqavilə barədə razılığa gəldiklərini söyləyib.
Lunar.az xəbər verir ki, bu barədə o, "Sport İtalia"ya açıqlamasında deyib: "Yeni bir müqaviləyə çox yaxınıq, yalnız kiçik detallarda razılaşmaq qalır".
Qeyd edək ki, İbrahimoviçin hazırkı müqaviləsi bu il 30 iyun tarixində başa çatır. 39 yaşlı oyunçu bu mövsüm 24 oyunda 17 qol vurub.