Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yeni transfer derbini buraxacaq

Yeni transfer derbini buraxacaq

İtaliya A seriyasının XXIII turunda "İnter"lə qarşılaşacaq "Milan" itki ilə üzləşib.

Lunar.az apasport.az-a istinadən bildirir ki, "rossonyerlər"in hücumçusu Mario Mandzukiç sıradan çıxıb.

Xorvatiyalı fovard əzələsində yaranmış problem ucbatından bugünkü məşqi buraxıb. "Milan"la ötən ay müqavilə bağlayan yeni transferin "İnter"lə derbidə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, "Milan" - "İnter" oyunu fevralın 21-də keçiriləcək. Hazırda "İnter" 50 xalla 1-ci, "Milan" isə 49 xalla 2-ci pillədədir.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ