Azərbaycanlı “Bəy” məğlubedilməz rusiyalıya qarşı - FOTO
Azərbaycanlı MMA döyüşçüsü Fərid Əlibabazadə Rusiyada növbəti görüşünü keçirəcək.
Lunar.az xəbər verir ki, fevralın 20-də “Fight Riot” (“Döyüş Üsyanı”) şüarı ilə keçirilən yarışda onun rəqibi rusiyalı Yakov Yekimovdur.
[banner_xeberici] {banner_xeberici} [/banner_xeberici] 33 yaşlı rəqibi indiyədək keçirdiyi səkkiz görüşün heç birində uduzmayıb. “Bəy” ləqəbli Fərid isə keçirdiyi doqquz görüşdən beşində qalib gəlib, dördündə uduzub.
Qeyd edək ki, döyüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.