Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kökəltməyən ispanaq salatı - RESEPT

Kökəltməyən ispanaq salatı - RESEPT

Lunar.az kökəlmək istəməyənlər üçün dadlı və asan hazırlanan ispanaq salatının reseptini təqdim edir.

Ərzaqlar:
- 1/2 kq ispanaq yarpağı
- 3-4 dənə təzə soğan
- 1 dənə quru soğan
- Cəfəri
- Şüyüd
- 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi
- 2-3 şorba qaşığı zeytun yağı
- Duz, qırmızı istiot

Sous:
- 2 xörək qaşığı qatıq
- 1 xörək qaşığı mayonez
- 1 xörək qaşığı sirkə
- 1 çay qaşığı xardal
- 1 diş əzilmiş sarımsaq
(Sous bir gün əvvəldən hazırlanıb soyuducuda qalmalıdı)

Hazırlanması:
Yarım kilo ispanaq yarpağı, yaşıl və rəndələnilmiş quru soğan, cəfəri, şüyüd və qaynadılıb didilmiş toyuq filesi doğranıb qarışdırılır. Zeytun yağı tökülür. Bir gün əvvəli hazırlanılan sousla qarışdırılıb servis edilir.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ