Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər


Təşkilatçılar yolu daha açıq edə bilərlər”.

“Bakıda “Formula-1” Avropa Qran Prisi gələn il axşam keçirilə bilər. Yarışlar süni işıq altında daha maraqlı ola bilər”.

lunar.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, bu barədə “Formula-1”-in baş promouteri Berni Ekklstoun bəyan edib. 

“2017-ci ildə daha nələrin edilməsi mümkün olması haqqında düşünmək lazımdır. Məsələn, təşkilatçılar yolu daha açıq edə bilərlər. Bu indi edilməyib, çünki gedişatın necə olacağı bilinmədiyi üçün onlar sığortalanmışdılar.

Yarışların axşam 7-də başlayacağını görmək istərdim. Mərhələnin layiqli təşkilatı üçün göstərilən səyləri görmək sevindirici idi. Yol çox yaxşı alındı”, - Ekklstoun deyib. 

Qeyd edək ki, Avropa Qran Prisi Bakıda 17-19 iyun tarixlərində keçirilib. Müqaviləyə əsasən, yarışlar Azərbaycanın paytaxtında qarşıdan gələn 4 il müddətində keçiriləcək








SENINEM от 6 avqust 2016 01:38
maraqli xeber ucun saol
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ