Səhərlər acqarına ilk olaraq ilıq limonlu su içməyin arıqlamağa faydalı olduğunu hər kəs bilir. Bəs bu arıqladıcı keyfiyyətindən başqa, digər faydalarını da öyrənmək istəyirsiniz?
lunar.az səhərlər ilıq limonlu su içməyin faydalarını təqdim edir.
- İmmunitet sistemini gücləndirir. Vitamin C xəstəliklərə qarşı qoruyur.
- Həzmi asanlaşdırır və toksinlərdən xilas olmanıza yardımçı olur. Limon suyunun həzmi rahatlaşdırma özəllikləri reflüks, gəyirmə və köp kimi həzmsizlik əlamətlərini rahatlatmaqda yardımçı olur.
- Limon suyu sidiyin miqdarını artıraraq istənməyən maddələrin bədəndən atılmasını təmin edir.
- Limonda olan mineral və vitaminlər bağırsaqlardakı toksinləri azaldır və daha tez atılmasına yardım edir.
- Dərinizi gözəlləşdirir. Limondakı C vitamini dəri üçün faydalıdır və hər gün müntəzəm olaraq limonlu su içmək dərini gözəlləşdirir. C vitamini sızanağa səbəb olan bakteriyaları öldürür, hətta yaşla bağlı dəridə ortaya çıxan cizgilərin üzərinə birbaşa limon suyu sürtə bilərsiniz.
- Arıqlamağa kömək edir. Aclıq hissini azaldır.
- Bədənin alkalik hala gəlməsinə yardım edir. Mütəmadi olaraq limon suyu içmək şişmə və ağrıların əsas səbəbi olan oynaqlarınızda yığılmış uroloji asit də daxil olmaqla bədənimizin asidik olmasını əngəlləyir.
- Qaraciyəri təmizləyir.
- Stresslə mübarizədə kömək edir. Stress bədəninizdəki C vitaminini çox tez yox edir. Limondan alacağınız C vitamini bədənin stressdən dolayı zəifləməsinə əngəl olur.
- Enerji verir və ruh halınızı yaxşılaşdırır. Limon bədənimizə daxil olduğunda enerji verir. Limonun qoxusu da enerji vericidir. Narahatlıq və depressiyanı azaldır.
- Sağaldır. Limonun tərkibindəki C vitamini oynaq, sümük və əzələ toxumasının sağlamlığı üçün önəmli bir qidadır.
- Nəfəsi təzələyir. Limon ağız qoxusunu yox etməklə yanaşı diş ağrıları və diş əti iltihabına da faydası var. Limonlu su içmədən dişinizi fırçalayın, ya da içdikdən sonra fırçalamaq üçün bir müddət gözləyin. Limonlu su içdikdən sonra ağzınızı təmiz su ilə yaxalayın.
- Limfa sisteminə su qazandırır.
- İlıq limon suyu bədənimizin itirdiyi suyu geri qazandırır.