Peyvənddən dərhal sonra cinsi münasibət... - Nazir müavinindən qəribə açıqlama
Ölkələr koronavirus pandemiyasını nəzarət altına almağa səy göstərdikləri bir vaxtda Rusiyanın Saratov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən ilginc xəbərdarlıq edilib.
Lunar.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Saratov Səhiyyə nazirinin müavini Denis Grayfer peyvənd olunan şəxlərə dərhal cinsi münasibətdə olmamaqla bağlı çağırış edib. O bildirib ki, cinsi münasibət həmin şəxsləri yoracaq.
"Seksə çox enerji sərf edilir. Buna görə də peyvənd olunandan sonra artan stress riskini düzgün dəyərləndirmək lazımdır", - Grayfer bildirib.
Nazir müavini bu "qadağa"nın hansı müddətə qədər davam edəcəyini açıqlamayıb.