Pandemiyanın başlamasından sonra Türkiyədə Covid-19 virusu səbəbindən ən yüksək gündəlik ölüm sayı qeydə alınıb.
Lunar.az Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada ölkədə 394 nəfər koronavirusdan ölüb. Bu günədək ölkədə ən yüksək ölüm sayı 21 aprel tarixində qeydə alınmışdı - 362 ölüm.
Qeyd edək ki, ölüm sayı artsa da, son günlərdə Türkiyədə virusa yoluxma xeyli azalıb.