Hər il dünyada təxminən 10 milyon insan xərçəngdən vəfat edir. 2040-ci ilə qədər isə bu sayın 17 milyona çatacağı proqnozlaşdırılır.
Lunar.az xarici KİV-ə istinadən bildirir ki, Almaniyalı alimlər bu xəstəliyin qarşısını almaq üçün daha genişmqiyaslı araşdırmalara başlayıblar.
Aparılan tədqiqatlar nəticəsində, D vitamininin xərçəngin qarşının alınmasında əhəmiyyətli rola malik olduğu aşkar edilib.
50 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar bu vitaminin xərçəngdən vəfat sayını yüzdə 13 %-ə qədər azaltdığını aşkara çıxarıb.
Qeyd edək ki, təkcə Almaniyada hər il 250 min adam xərçəngdən vəfat edir.