Gündəlik qəbul etdiyimiz bəzi qidalar xoşbəxtlik hormonlarının miqdarını artırsa da, bəziləri əksinə stressə səbəb olur. Düzgün və nizamlı qidalanma bədən və ruh sağlığı üçün vacib amillərdəndir. Lunar.az xarici KİV-ə istinadən, stress yaradan qidaları təqdim edir:
1.Şirniyyatlar Yavaş həzm olunan və qanda şəkəri tez artıran bütün qidalar stressə səbəb olur. Şirniyyatlar da bu kateqoriyaya daxildir. Bu növ qidalar qanda şəkəri qəfldən artıra, yaxuda da azalda bilir. Bəzən şirniyyat yeyən zaman insan özünü xoşbəxt hiss etdiyini düşünür. Əslində isə bədəndə stress artırır və depressiya yaranır.
2.Süd məhsulları Süd və süd məhsulları da orqanizm üçün problem yaradır. Bu problem "intolerans" adlanır. Süd xoşbəxtlik hormonu seratonini azaltmasa da orqanizmə verdiyi narahatlığa görə stress yaradan qidalar sırasına daxil edilib.
3.Qəhvə Orta hesabla insanlar hər gün 6-7 fincan qəhvə içir. Lakin 3 fincandan artıq içilən qəhvə sağlamlıq üçün böyük təhlükə yaradır. Xolestrolun (piyə oxşar maddə) yüksəlməsinə səbəb olur. Lakin normal qaydada içilərsə, xolestrol balansını qorumağa kömək edir. Qəhvə normadan artıq qəbul edildikdə, xolestrol artır və insulinə mənfi təsir edir. Nəticədə stress yaranır.
4.Qızardılmış yağlı ət Belə növ qidalar da gec həzm olunduğundan həddən artıq stressə səbəb olur. Bundan başqa digər hormonların da inkişafına mənfi təsir edir.