Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Peyvəndlərlə bağlı GERÇƏKLƏR :Sonsuzluq, DNT..

Peyvəndlərlə bağlı GERÇƏKLƏR :Sonsuzluq, DNT..


Koronavirus əleyhinə peyvəndin sonsuzluğa səbəb ola biləcəyi barədə yayılan iddialar doğru deyil.

Lunar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının immunizasiya şöbəsinin müdiri Kate OBayren danışıb. O bildirib ki, dərman geniş istifadəyə verilməzdən əvvəl heyvanlar və insanlar üzərində bir sıra testlərdən keçir.

"İstifadə etdiyimiz vaksinlər sonsuzluğa səbəb ola bilməz. Bunlar bir çox fərqli peyvənd ətrafında gəzən boş söz-söhbətlərdir və həqiqətə uyğun deyil. Sonsuzluğa səbəb olan heç bir peyvənd yoxdur", - dedi.

Ekspert onu da bildirib ki, koronavirus peyvəndlərinin insan DNT-sini dəyişdirə biləcəyi və tərkib hissələrinin sağlamlığa zərərli olduğu iddiaları həqiqətə uyğun deyil. Dərmanın təhlükəsizliyi dərmanın istehsalında ən vacib məsələdir, odur ki, bütün maddələr ən yüksək keyfiyyət və təhlükəsizliyə malikdir.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ