Bu sifilisin gecikmiş,dördüncü forması hesab edilir.Sifilisin bu formasına nadir hallarda təsadüf edilir.Bel tabesi adətən infeksiyaya yoluxmadan 15-25 il sonra inkişaf edir.Xəstəlik zamanı makroskopiyada onurğa beyinin arxa kanalları və arxa köklərinin atrofiyası aşkar edilir.Baxış zamanı onurğa beyinin yumşaq qişası qalınlaşmış,tutqun olur.Bu zaman onurğanın keçirici yollarında,arxa köklərdə,arxa buynuz hissələrdə degenerativ dəyişikliklər aşkar edilir.Bel tabesində onurğa beyinin yumşaq qişasının iltihabi dəyişiklikləri onun arxa hissəsində yerləşir.Müayinə zamanı bəzi kəllə sinirlərinin də zədələndiyi aşkar edilir. Xəstəliyin əsas əlamətlərindən biri hissiyyat pozulmalarıdır.Bel tabesinin əlamətləri aşağıdakılardır: - seqmentar paresteziya - hipeteziya - hiperesteziya - ağrı Xəstəlik zamanı ağrılar atıcı,nüfuzedici xarakterli olub,aşağı ətraflarda lokallaşır,qəfildən peyda olur və paroksizmal şəkildə gedir.Bu zaman vətər refleksləri zəifləyir,bir müddət sonra isə itir. Bel tabesi zamanı trofiki pozulmalar baş verir və xəstələrdə aşağıdakı dəyişikliklər meydana çıxır: - kəskin arıqlama - dərinin nazikləşməsi - pəncənin deşilən yarası - ağrısız atrofiyalar - saçların tökülməsi - dişlərin tökülməsi Xəstəliyə diaqnozun qoyulmasında atıcı ağrılar,bəbək pozulmaları.Xəstəlik az simptomlu,uzun gedişə malik olduğu üçün diaqnozun qoyulması çətinlik törətsə də müayinə zamanı Vasserman,STİR və İFR reaksiyalarının müsbət göstəricisi diaqnozun təsdiqlənməsində mühüm rol oynayır. Milli.Az