Bu dərmanlar ölümə səbəb ola bilər – Məşhur həkimdən XƏBƏRDARLIQ
“Geniş reklam olunan ağrıkəsiciləri qəbul edərkən diqqətli olun, çünki bəzi hallarda sağlamlığa faydasından daha çox zərər verə bilərlər”.
Lunar.az Hokm.az-a istinadla xəbər verir ki, bunu məşhur həkim Aleksandr Myasnikov bildirib.
Onun sözlərinə görə, bu dərmanlar infarkt, insult, qanaxma və nəhayət, ölümə səbəb ola bilər.
“Populyar ağrıkəsicilər əsasən steroid olmayan antiinflamatuar dərmanlardır. Bu preparatlar həqiqətən ağrını kəsir, bununla birlikdə çox böyük əks təsirləri olur. Bu qrup dərmanların əks təsirlərinə mədə qanaması, infarkt riski və bir sıra digər ürək-damar xəstəlikləri daxildir.
65 yaşdan yuxarı yaşlı insanlar və ürək xəstəliyi olan xəstələr ümumiyyətlə bu dərmanları qəbul etməməmlidir”.