Onurğa beyin şişləri mərkəzi sinir sistemi sislərinin 10-12%-ni təşkil edir.Onurğa beyin şişləri birincili və ikincili olmaqla 2 qrupa bölünür.Birincili şişlər özləri də beyindaxili və beyinxarici olmaqla iki hissəyə ayrılır.
Ekstramedulyar şişlərə aşağıdakılar aiddir:
1 Meningioma - beyin qişaları və ya damarlarından başlayır.
2 Nevrinoma - başlıca olaraq onurğa beyinin arxa köklərinin hüceyrələrindən inkişaf edir.
3 Hemangioma - qanla dolu mağaralı boşluqlardan ibarət olan damar şişləridir.
4 Lipoma - dizqafik əlamətlərlə müşayət olunan şişlərdir.
Ekstramedulyar şişlər daha çox onurğa beyinin döş şöbəsində və at quyruğu nahiyəsində olur. Intramedulyar şişlər qliomalardan ibarət olur.Histogenetik olaraq onların arasında daha çox astrositoma,epidimoma üstünlük təşkil edir.Onurğa beyinin şişləri infiltirativ böyümə ilə xarakterizə olunur, daha çox boyun və bel qalınlaşmasında yerləşir,şaquli istiqamətdə yayılır.Onurğa beyinin şişləri metastatik olub,qarın və döş boşluğunun yanaşı şöbələrindən onurğa kanalına yayılır.Bu zaman metastaz ən çox ağ ciyərə,süd vəzilərinə,qalxanvari vəz və prostat vəzdə olur. Şiş əmələ gəldikdən sonra beyin qişalarını və köklərinin gərir,spinal və kök-spinal damarların üzərinə yayılıb onları sıxaraq onurğa beynində qan dövranını və likvor mayesinin hərəkətini pozur.
Xəstəlik seqmentar və keçirici əlamətlərlə qeyd olunur.Beyindaxili şişlərdə ağrıların yandırıcı olması səciyyəvi olur.Xoşxassəli şişlər zamanı kök ağrıları bir-neçə il davam edə bilir.Onlar lokal xarakter daşıyır, öskürərkən belə güclənir.Seqmentar pozulmalar ara buynuzların basılması zamanı hissiyyatın səthi pozulmaları baş verir.Bu zaman xəstələrdə temperatur,ağrı və əllərdə əsmələr müşahidə edilir.Xəstəlik irəlilədikcə periferik parez baş verir.Hərəki pozulmalar mərkəzi parezlə əlaqəli olur və hissiyyat qüsurları meydana çıxır.Onurğa beyinin əksər şişlərində onurğa beyinin yarısı zədələnir.
Onurğa beyinin şişlərinin kliniki mənzərəsi şişin uzununa yerləşməsindən və histaloji quruluşundan asılı olur.Şişlər xoşxassəli olduqda ləng,bədxassəli olduqda isə daha tez inkişaf edərək əlamətlərinin biruzə verirlər.