Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamiləlikdə cinsi münasibət

Hamiləlikdə cinsi münasibət - Nə zaman olmaz?

İnsanda aclıq, susuzluq, özünü müdafiə kimi instinktlərlə yanaşı, məqsədi insan nəslini davam etdirmək olan cinsi instinkt də vardır. Bu instinkt insanın libido (cinsi istək) adlı daxili enerjisini aktivləşdirir. Fərdin ehtirası bu enerjidən qaynaqlanır.



"Medicina.az" hansı hallarda intim münasibətə qadağa oluna biləcəyi barədə araşdırmanı təqdim edir:

Hamiləlik müddəti qadın orqanizmində fiziki və ruhi dəyişikliklərin meydana gəldiyi müddətdir. Libido (cinsi istək) bu dəyişikliklərlə əlaqədar hamiləliyin bəzi müddətlərində azala, bəzi müddətlərində isə normala qayıda və hətta arta bilər. Libidodakı dəyişikliklər gələcək anada daha qabarıqdır, gələcək atada isə libido dəyişikliyi adətən minimaldır və ya heç bir dəyişiklik müşahidə olunmur.



Hamiləlik zamanı cinsi əlaqə aşağıdakı hallarda məhdudlaşdırılmalıdır:



Əvvəlki hamiləliklərdə: adəti düşük, vaxtından qabaq doğuş, uşaqlıq boynu çatışmazlığı və bununla əlaqədar vaxtından qabaq doğuş və ya düşük təhlükəsinin olması



Hazırkı hamiləlikdə: düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından qabaq axması, vaginal qanaxma, genital nahiyədə infeksiya kimi kənara çıxma halları olan qadınlar bu hallar aradan qalxana qədər cinsi əlaqədə olmamalıdırlar. Cinsi əlaqənin qadağan olunduğu müddət həkim tərəfindən müəyyənləşdirilir.



Döldə ağır inkişaf ləngiməsi və ya başqa səbəblə əlaqədar fetal distress riski yüksək olan hamilələr də həkimin təyin etdiyi müddətdən sonra cinsi əlaqədə olmamalıdırlar.



Bu risk faktorları olmayan hamilələrə cinsi əlaqə qadının özünü narahat hiss etməməsi şərti ilə bütün hamiləlik boyu icazə verilir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ