Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Çox çay içənlərə xəbərdarlıq

Çox çay içənlərə xəbərdarlıq

İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay içməyə üstünlük verir. Çayın şəkərli və ya şəkərsiz istehlak edilməsinin zərərli yaxud da faydalı tərəfləri ola bilər.

Araşdırmalara əsasən, həddən artıq çay içmək insan orqanizminə zərərlidir. Müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Gün ərzində 4-5 fincan yeni dəmlənən çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

Şəkərlə birlikdə qəbul edilən çay dişlərin quruluşunun pozulmasına və infeksiyaların orada asanlıqla yerləşməsinə səbəb olur.

Hətta, həddən artıq çay içməyin anemiyaya da səbəb olduğu haqda fikirlər də var. Yeməkdən əvvəl və ya sonra, çay istehlak etsək bu orqanizimdə dəmir çatışmazlığı yarada bilər.

Çay yaxşı antioksidandır. Normal qaydada qəbul edilən zaman ürək-damar xəstəliklərinin azalmasında effektiv vasitədir.(axşam)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ