Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Baş ağrısını azaldan 3 UNİKAL VASİTƏ

Baş ağrısını azaldan 3 UNİKAL VASİTƏ

Baş ağrısı ən yayılmış sağlamlıq problemlərindən biridir.

Lunar.az xəbər verir ki, həkimlər baş ağrısı zamanı dərhal dərman qəbul etməməyi məsləhət görürlər.

Ağrıkəsici dərmanların yanaşı təsirləri çoxdur və onların tez-tez qəbulu sağlamlığa çox ciddi ziyan vura bilər.

İlk növbədə dərmansız vasitələrdən istifadə etməyə çalışın.

1. 1 stəkan su

Saglamolun.az bildirir ki, bir çox hallarda baş ağrısının səbəbi susuzlaşma olur. Başınız ağrıyırsa 1 stəkan su için. Bir çox insanlara baş ağrısı zamanı 1 stəkan təzə dəmlənmiş çay da komək edir.

2. Nanə çayı



Nanə çayı da çox yaxşı təbii baş ağrısı dərmanıdır. 1 ç.q. quru nanəni 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmləyin, sonra süzün və için.

3. Soyuq kompres

Soyuq kompreslər baş ağrısı zamanı əla kömək edir. Buz kublarını sellofan paketə tökün və alın nahiyəsinə və boyunun arxasına qoyun. Paketi birbaşa dəriyə deyil, pambıq parçanın və ya nazik dəsmalın üzərinə qoyun. 10-15 dəqiqə belə saxlayın, sonra 5-10 dəqiqə fasilə verin və yenə qoyun. (publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ