Koronavirusdan sağalmağın yolu açıqlandı - "Maska taxmaqdansa, bir dəfə yoluxun..."
Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı ən yaxşı peyvəndin virusun özü olduğunu iddia edib.
Lunar.az redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat "Independent" qəzetində yer alıb.
"Tropik Tramp" ləqəbli prezident sosial media hesabında canlı yayımda koronavirusla bağlı qeyri-adi fikirlər səsləndirib. Bolsonaru ona maska hədiyyə edən şəxsə "Maska istifadə etmirəm. Virusa qarşı ən yaxşı peyvən elə virusun özüdür" deyə cavab verib.
Koronavirusun onda hər hansı fəsad yaratmadığını bildirən prezident insanlara maska taxmamağı məsləhət görüb.