Neqativ enerji ilə yüklənmiş insanlar koronavirusu ağır keçirir
Bu yaxında qarşıma həkimlər qrupunda bir sual çıxdı. İnsanlar növbəti dəfə koronavirusdan ölən həkimin xəbərinin rəy bölümündə niyə həkimlər arasında ölüm hallarının çox olduğunu soruşurdu. Hər mütəxəssis öz cavabını verdi, mən də bu mövzuya elmi lədun kontekstindən cavabı təqdim edirəm.
Son zamanlar həkim, vəzifəli şəsxlər və savadlı insanların koronavirusu daha ağır keçirmələrinin 2 səbəbi var. Lunar.az xəbər verir ki, elmi lədun bilicisi, psixoterapevt Paşa Yaqub koronavirusun gedişinə neqativ enerjinin təsirini izah edib.
“Həkimlər və vəzifə sahibləri daim kabinetdə oturaq və stresli işdə çalışırlar. Onlar təmiz havada və hərəkətdə az olurlar. Covid xəstələri ilə işləyən biri kimi bilirəm ki, açıq havada çalışan, təsərrüfatda işləyənlər bu xəstəliyi daha yüngül keçirir və bir neçə günə ayağa qalxırlar. Bu adamlarda immunitet güclü olur.
Həkim və vəzifəli şəxslərin arasında ölüm saylarının çox olmasının ikinci səbəbi neqativ enerjinin çoxluğu ilə bağlıdır. Belə ki, həkim və məmurlar əhalinin yüksək kateroqiya və bir qədər imkanlı təbəqəsi sayıldığından və daim göz önündə olduqlarından ətrafdakı insanların, hətta öz yaxınlarının belə gözü, nəfsi onların üzərlərində olur. Cəmiyyətin çox hissəsi onlara həsəd aparır.
Bu peşələr həm də başqa tərəfdən neqativ enerji cəlb edir, çünki bəzən bu insanlardan zərər görən, narazı qalan insanlar da olur. Bu qara neqativ enerjinin immunitetə vurduğu zərəri heç bir virus vura bilməz.
Neqativ yüklənmiş insanlar heç bir iş görməsələr də daim halsız və yorğun olurlar. Covid virusunun da enerjisi neqativ olduğundan bu virus ancaq neqativ enerji ilə həddən artıq yüklənmiş insanlara yoluxur və daha çox onları ağırlaşdıra bilir.
Ona görə də Covidə tutulmamaq üçün hər kəsin, xüsusən həkim, məmur və göz önündə olan şəxsrlərin xüsusi seanslarla neqativ enerji yükündən azad olmaları lazımdır.
Eləcə də koronavirusa yoluxsalar da, insanlar elmi-lədun seansından keçərlərsə, xəstəlikləri yüngül keçər”.(Medicina.az)