Şiddətli öskürəyə, astmanın azalmasına və infeksiyaya qarşı qida – FOTO
Ağciyər xərçəngi bütün orqan xərçəngləri arasında ölümə səbəb olan ən çox yayılan xərçəng növüdür. Şübhəsiz ki, ağ ciyərə zərər verən ən güclü amil siqaretdir. Mütəxəssislər çirklənmiş havaya məruz qalmamaq, siqaret çəkməmək və siqaret çəkilən mühitdə qalmamağı tövsiyə edirlər. Həmçinin sağlam bir qidalanma ilə ağciyəri təmizləyərək gücləndirməyin mümükün olduğunu qeyd edirlər.
Lunar.az Qadinklubu.com-a istinadən xəbər verir ki, diyetoloq Gizəm Gençyürək ağciyərə faydalı olan qidaların adın açıqlayıb.
Dietoloq ağır öskürəkdən qurtarmaq, astma tutmalarını azaltmaq və infeksiyanın qarşısını almaq üçün keçiboynuzunun daha çox xeyirli olduğunu qeyd edib. Bundan başqa diyetoloq bildirib ki, C vitamini ilə zəngin qidalar ağciyəri bakteriyalardan qoruyur.
Su
Bol su qəbulu və C vitamini ilə zəngin təzə tərəvəz və meyvə şirələri ağciyərləri təmizləmək üçün zəmin hazırlayır. Mayelər nəfəs almağı asanlaşdırır.
C vitamininin mənbələri
Cəfəri, qırmızı bibəri, sitrus meyvələri: Antioksidan xüsusiyyətlərinə görə ağciyəri sərbəst radikallardan qoruyurlar. Bundan əlavə, antioksidanlar tənəffüs sisteminin epiteliya toxumalarını yaradaraq ağciyəri bakteriyalardan qoruyur.
Sink qaynaqlı qatıq və taxıl məhsulları
Tənəffüs yolu infeksiyalarına qarşı toxunulmazlıq verən sink tərkibli qidalar gündəlik qida rasionumuza mütləq daxil edilməlidir. Zəngin sink qaynaqlı qatıq gündə 2-3 porsiya, tam taxıl məhsulları gündəlik 3-4 porsiyada qəbul edilməlidir.
Üzüm toxumu
Tərkibindəki “resveratrol” komponenti ağciyərlər üçün sərbəst radikallara qarşı qalxan rolunu oynayır. Tərkibinin bədən tərəfindən tam istifadəsi üçün üzüm toxumu çeynənərək yeyilməlidir.
Kərəviz
Kərəviz C vitamini ilə zəngindir, antioksidan xüsusiyyətlər var. C vitamininin iltihab təsiri ağciyərlərdə sərbəst radikal zədələnməsinin qarşısını alır. Eyni zamanda, tərkibindəki “kumarin” adlanan birləşmələr immun hüceyrələrin işini dəstəkləyir və sərbəst radikalların böyüməsinin qarşısını alır.
Zəncəfil və sarıkök
Həm zəncəfil, həm də zerdeçal güclü antiviral təsirlərə malikdir. Zəncəfilin tərkib hissəsi olan zəncəfol və zerdeçalın tərkib hissəsi olan curcumin ağciyəri virus infeksiyasına qarşı qoruyur.
Eyni zamanda, koronavirusun çoxalması və gen ötürülməsində vasitəçilik edən bir ferment olan “Mpro” nun zəncəfil və zərdəçalın təsirli maddəsi mövcuddur.
Keçibuynuzu
Keçiboynuzu ciyərləri təmizləmək üçün vacib bir funksiyaya malikdir. Keçiboynuzu vitamin K, Vitamin E və Vitamin B2 (Riboflavin) kimi vitaminlərlə və xüsusilə də güclü antioksidan xüsusiyyət göstərən sink, kalsium, fosfor və kalium kimi minerallarla zəngindir.